XƏBƏRLƏR

SABAH tələbələrinin “Azərbaycan 2030 və Dayanıqlı İnkişaf” Milli Tələbə Müsabiqəsində uğuru!

TƏLƏBƏLƏR

28 Aprel 2024

 

#ADNSU SABAH tələbələri Nurlan Abdullayev, Cahid Cəbizadə, Tuncay İsgəndərli, Murad İbrahimli, İlham Süleymanov və #UNEC SABAH tələbəsi Elgün Həsənovunda üzvü olduğu "Cookers 404" komandası ERC.HON layihəsi ilə müsabiqədə 2-ci yerə layiq görülmüşdür. Layihənin mövzusu: Yaşıllaşdırma Texnologiyaları.

Müsabiqə Azərbaycan Gənclər Fondu və Bir Könüllü Tələbə Təşkilatının birgə təşkilatçılığı, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Təhsilin İnkişafı Fondu, #BP Azərbaycan, SABAH.HUB və Tedroid.com dəstəyi ilə 26-28 aprel tarixlərində keçirilirmişdir.

Hakaton formatında keçirilmiş müsabiqənin məqsədi iqlim dəyişikliklərinə uyğunlaşma və onun təsirlərinin azaldılması istiqamətində tələbələrin innovativ layihə ideyalarının dəyərləndirilməsidir.

Müsabiqə “Azərbaycan 2030” gündəliyinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinə əsaslanaraq qeyd edilmiş milli prioritetin reallaşdırılması üçün nəzərdə tutulmuş məqsədlərə fokuslanmışdır.

#EATDA #TəhsilinİnkişafıFondu #AzGF #BirKönüllü #BP #BPAzerbaijan